İğtişaşçılar yenidən Qazaxıstanın Almatı şəhərində Respublika meydanına toplaşırlar.
Məlumata görə, hazırda orada 200-250 nəfər var. Onların sayı artmaqda davam edir.
Hələlik polis və hərbçilər hadisə yerinə cəlb edilməyib.
Qeyd edək ki, iğtişaşçılar həmçinin Aktauda da meydana toplaşırlar. Onlar yeni tələblər irəli sürmürlər. Bildirilir ki, toşlaşanlar əsasən təşkilati məsələləri, o cümlədən zibillərin yığılmasının zəruriliyini müzakirə edirlər.
Manqistau vilayətinin sakinləri isə bir-birlərini daha mitinqlərə getməməyə çağırırlar. Onların tələbləri yerinə yetirilib. Sakinlər bununla bağlı müvafiq mesajı “WhatsApp”da yayırlar.
Mənbə: Sputnik Qazaxıstan