Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

III Çarlz nadir keçi cinsinə kral titulu verdi
Britaniya kralı III Çarlz Normand adalarına tarixi səfəri zamanı bir vaxtlar nasistlərdən gizlədilən nadir keçi cinsinə kral titulu verib.
Oxu.Az focus.ua-ya istinadən xəbər verir ki, Qernsi adasına gələn əlahəzrət nadir heyvan cinsinin Kral Qızıl Qernsi keçisi adlandırılacağına dair fərman imzalayıb.
Qeyri-adi mərasim zamanı Çarlz 9 yaşlı məktəbli Co Martinin köməyilə keçinin boynuna tunc zəng taxıb.
Qeyd edək ki, qızılı dərisi və qəhvəyi qabığı ilə seçilən südçü cins 200 illik unikal tarixə malikdir.
Ən çox oxunanlar