Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İlk müsəlman telefonu
Rusiyada müsəlmanlar üçün nəzərdə tutulan ərəb və rus dilində Quranın mətninin olduğu telefon satışa noyabrın axırında çıxarılacaq.
Oxu.Az xəbər verir ki, müsəlmanların dini idarə mərkəzinin nümayəndəsi Timur həzrət İmayevin TASS-a bildirdiyinə görə, qurğunu yaratmazdan əvvəl mütəxəssislər imanlıların maraqlarını tədqiq ediblər, gündəlik həyatda onlara hansı qacetlərin lazım olacağını soruşublar. Mobil telefonun menyusu çox sadə və anlaşılandır, istifadəçi bir neçə çevirmə ilə Quranın sürələrini oxuya bilər.
Müsəlmanlar üçün nəzərdə tutulan telefona həm də gündə beş dəfə istifadəçini namaz vaxtından xəbərdar edən xüsusi zəng də quraşdırılıb. Quraşdırılmış naviqator istifadəçinin yerini müəyyən edərək, ona şərqin, müvafiq olaraq Məkkənin – islam dininə iman gətirənlər üçün müqəddəs şəhərin istiqamətini göstərəcək.
E.Ə.
www.oxu.az