Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İlon Maska bəd xəbər: Beyin çipləri üçün təsdiq gəlmədi
İlon Maskın beyin çipləri yenə gündəm olub.
“SpaceX” və “Twitter”dən sonra İlon Mask indi də “Neuralink” ilə diqqət çəkir. ABŞ-nin Qida və Dərman İdarəsi (FDA) insanlar üzərində beyin implantlarının sınaqdan keçirilməsi üçün İlon Maskın “Neuralink” proqramını təsdiq etməyib.
Milyarder iş adamı tərəfindən 2016-cı ildə yaradılan “Neuralink” neyrotexnologiya şirkəti düşüncələri hərəkətə çevirən beyin-kompüter interfeyslərinin yaradılması üzərində işləyir. Mask deyir ki, texnologiya istifadəçiləri robotu insana çevirməklə yanaşı, beyin xəstəliklərinin müalicəsində də istifadə oluna bilər.
Şirkət 2018-ci ildən bəri yeniliklərini heyvanlar üzərində sınaqdan keçirir. Ötən ilin dekabr ayında şirkət təxminən 1 500 heyvanın öldürülməsi iddiası ilə araşdırılıb. Test subyekti kimi istifadə edilən meymunların sağlamlıqlarında ciddi problemlər olub.
Mənbə: Reuters
Rəylər