“Twitter” sahibi İlon Mask sosial şəbəkə istifadəçilərinin gündəlik oxuya biləcəyi yazıların sayına limitləri artırdığını açıqlayıb.
Qeyd edilib ki, bundan sonra limit təsdiqlənmiş istifadəçilər üçün gündə on min paylaşıma bərabər olacaq.
İ.Maskın yeni konsepsiyasına əsasən, sosial şəbəkənin təsdiqlənməmiş istifadəçiləri üçün gündəlik min, yeni istifadəçilər üçün isə 500 paylaşım əlçatan olacaq.
01:00
“Twitter” sosial şəbəkəsi məlumatların toplanması və sistem manipulyasiyasının ifrat səviyyələrini həll etmək üçün bütün istifadəçilər üçün gündəlik oxuma məhdudiyyətləri tətbiq edib.
Bu barədə “Twitter”in sahibi İlon Maskın özünün sosial hesabındakı paylaşımına qeyd edib.
İ.Maskın sözlərinə görə, təsdiqlənmiş hesablar gündə 6 000-ə qədər paylaşımı oxuya biləcək.
Bununla belə, təsdiqlənməmiş “Twitter” hesablarının istifadəçiləri indi gündə 600, yeni hesablar isə gündə yalnız 300 paylaşıma baxa bilər.
İ.Mask müvəqqəti məhdudiyyətlərin nə qədər davam edəcəyini açıqlamayıb.
To address extreme levels of data scraping & system manipulation, we’ve applied the following temporary limits:
— Elon Musk (@elonmusk) July 1, 2023
- Verified accounts are limited to reading 6000 posts/day
- Unverified accounts to 600 posts/day
- New unverified accounts to 300/day