Moskva şəhər məhkəməsi Dağıstan sakinləri 24 yaşlı Bahmud Kaymazarov, 24 yaşlı Məhəmmədxan Məhəmmədxanov və 26 yaşlı Məhəmməd Məhəmmədovun məhkəmə işinə baxıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, 2012-ci ildə müvəqqəti işsiz olan Kaymazarov, Məhəmmədxanov və Məhəmmədov sakinlərə hücum edən və onların əşyalarını oğurlayan cinayətkar qrupa qoşulub.
Dəstə öz qurbanlarını qeyri-ənənəvi seksual azlıqlarla tanışlıq üçün ixtisaslaşmış sosial şəbəkələrdən tapırmış.
Varlı kişilərin ünvanlarını öyrənib onlarla görüşən qrup üzvləri daha sonra evlərinə getdikləri şəxsləri öldürüb, evlərini soyurdular. Cinayətkar qrup tərəfindən cəmi 3 nəfər öldürülüb, 1 nəfəri isə xilas etmək mümkün olub. Kaymazarov, Məhəmmədxanov və Məhəmmədov 25, 24 və 9 il azadlıqdan məhrum edilib. Onlar ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzalarını çəkəcək.