Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İmran Xan yenidən həbs oluna bilər
Pakistanın Bəlucistan əyalətinin Kvetta rayon məhkəməsi ölkənin keçmiş baş naziri və müxalif Ədalət Naminə Hərəkat Partiyasının sədri İmran Xana qarşı zaminə buraxılmadan həbs qərarı verib.
Məlumata görə, məhkəmə “Xanın tutularaq məhkəməyə təqdim edilməsi”ni hökm edib.
Martın 6-da Kvetta polisi İslam Respublikasının keçmiş baş naziri barəsində dövlət qurumlarına qarşı “nifrətin qızışdırılmasına” görə iş açıb. Belə ki, martın 5-də İslamabad hüquq-mühafizə orqanlarının əməkdaşları Pəncab əyalətindən olan həmkarları ilə birlikdə keçmiş baş nazirin Lahor şəhərindəki (Pəncab əyaləti) iqamətgahına “onu daim məhkəmə iclaslarında iştirak etmədiyinə görə nəzarətə götürmək” üçün gəliblər. Partiya sədri isə həmin anda binada olmayıb.
Həmin gün Xan şəxsən öz iqamətgahı qarşısında toplaşan partiya tərəfdarlarına müraciət edib və mövcud hökumətin işini tənqid edib.
Mənbə: TASS
Rəylər