Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İndiyədək məlum olmayan sirli elektropikap görüntüləndi
Əvvəllər məlum olmayan və evakuatorla daşınan pikapın fotoşəkli ortaya çıxıb.
Oxu.Az xəbər verir ki, sözügedən foto "Reddit" platformasında yayılıb.
Təsdiqlənməmiş məlumatlara görə, bu avtomobil 2022-ci ildə yaradılmış "Slate Auto" startapının ilk modelidir.
Məlumata əsasən, startap müxtəlif investorlar, o cümlədən "Amazon"un qurucusu, milyarder və dünyanın ən varlı insanlarından biri olan Ceff Bezos tərəfindən maliyyələşdirilir.
"Slate Auto"nun məqsədi təxminən 25 min ABŞ dolları qiymətində, ikiqapılı kabinəyə malik sərfəli pikap modelini bazara çıxarmaqdır. Fotoşəkildə əks olunan avtomobil bu konsepsiyaya uyğun gəlir. O, nisbətən kompakt ölçüləri, sadə və məqsədli şəkildə minimalistik dizaynı ilə seçilir. Radiator barmaqlıqlarının olmaması isə avtomobilin elektrikli olmasına işarə edir.
"Avto-moto" teqi üzrə xəbərlər
- "Toyota" Rusiyada avtomobillərini geri çağırır
- Avtomobilin salonundakı təhlükə: Yayda isti avadanlıqlarınızı necə korlaya bilər?
- "Nissan" kəskin tədbirlərə əl atır
- Sürücülərin avtomobili məhv edən vərdişləri - Ekspertdən xəbərdarlıq
- İsti hava elektrikli avtomobilin işinə necə təsir edir? - Mütəxəssisdən açıqlama