İŞİD-dan qaçan suriyalılar üçün Türkiyəyə keçid dəhlizi açılıb.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, təhlükədən qaçaraq evini tərk edənlər sərhəddə uzun növbələr yaradıblar.
Səhər saatlarından başlayaraq 4 mindən çox suriyalı sərhəddi keçib. Onların görüntüləri isə ürəkləri sızladıb.
Belə ki, suriyalı qadınlardan biri övladlarını itirməmək üçün onları kəndirlə bağlayıb. Bəziləri isə öz ata-anasını belində Türkiyə sərhəddinə kimi gətirib.
Onlarla km yolu piyada qət edərək əliyalın evlərindən didərgin düşənlər ölkələrində baş verənləri “insanlıq dramı” adlandırıb.
Sərhəddə yığılanlarla təhlükəsizlik qüvvələri arasında qısa müddətli toqquşma da baş verib. Belə ki, Suriya tərəfində çadır quran bəzi qaçqınlar sərhəd qapısının tez açılmasını tələb edərək daş atıblar. Onlara göz yaşardıcı qazla müdaxilə edilib.