Amerika şirkəti İBM bu gün mövcud olan istənilən əlaqə təmin edən texnologiyadan üstün olan yeni texnolgiya təqdim edib.
Oxu.Az RBC.ru-ya istinadən bildirir ki, İBM internetin sürətini dörd dəfə artıra bilən çip hazırlayıb.
1992-ci ildən bu tərəfə internet-trafikin gündəlik miqdarı iyirmi milyon dəfə artıb.
Dünya şəbəkəsində saxlanılan material daima artır, ona görə də kabellərin ötürücülük qabiliyyətini yüksəltmək – İT mütəxəssislərinin həll etməli olduqları ilkin məsələlərdəndir.
İBM internetin sürətini saniyədə 200-400 giqabit artıra biləcək çip modelini təqdim edib. Bu çip güclü enerji mənbəyi də tələb etmir.
Belə sürətlə, yüksək keyfiyyətli, 160 gb film cəmi bir neçə saniyə ərzində yüklənəcək.
Bu zaman ərzində 40 min mahnı belə yükləmək olar.
Qeyd etmək lazımdır ki, çip istifadəçinin kompüterinə və ya routerə deyil, məlumat serverinə qoşulur. Buna görə də heç nə almaq lazım deyil.
Çip hələ ki, prototip şəklində mövcuddur, onun şəbəkəyə tətbiq edilməsi zaman alacaq. Bir sifarişçi artıq var – bu Semtech şirkətidir.
Çox güman ki, tezliklə “İnternetinin sürəti neçədir?” sualı birdəfəlik dəbdən düşəcək.