Bazar günü Karakın mərkəzindəki tarixi qəsrdə yaraqlıların polis patrullarına silsilə hücumları nəticəsində yeddi polis, iki iordaniya vətəndaşı və bir kanadalı turist ölüb.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, hücum nəticəsində ən azı 20 nəfər yaralanıb.
Nəşrə təhlükəsizlik orqanlarında olan mənbələrdən bildiriblər ki, çoxu xarici turistlərdən ibarət olan 14 nəfər yaraqlıların əlində girov olub. Yerli KİV-in məlumatına görə, axşam saatlarında İordaniya xüsusi təyinatlıları girovları azad edib.
N.O.
www.oxu.az