Ermənistanın Avrasiya İqtisadi İttifaqının Minsk sammitində quruma qoşulması ciddi etirazlara səbəb olub. Ermənistanda mitinq iştirakçıları Serj Sarkisyan hakimiyyətinin yürütdüyü xarici siyasətə kəskin şəkildə etiraz edir. Nümayişlərlə paralel olaraq Ermənistan mətbuatında prezident Serj Sarkisyanın Rusiyanın boyunduruğu altına girməyi haqqında ittihamlar səngimək bilmir.
Oxu.Az xəbər verir ki, Modern.az saytının məlumatına görə, Ermənistanın “Lragir” nəşri Sarkisyan administrasiyasının Avrasiya İqtisadi İttifaqına qoşulmasını sərt bir şəkildə tənqid, hətta təhqir edib.
Erməni analitik İqor Muradyan sözügedən nəşrdə yazdığı analitik yazıda Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasını alçaldıcı hərəkət kimi dəyərləndirib.
“Serj Sarkisyan son dərəcə alçaldıcı vəziyyətlə rastlaşdı. Ermənistanı idarə edən rejimi ölkəyə nə olacağı, əsasən, giclərin içində olmamaq qətiyyən maraqlandırmır. Bəs indiki vəziyyət məgər axmaq deyil? Bütün bunlar bakirəlikdən məhrum olmuş və ərə getmək üçün Allaha yalvaran qızı xatırladır”,- deyə müəllif yazıb.
İqor Muradyan vurğulayıb ki, Ermənistan rejimi avtomatik olaraq Moskvanın göstərişlərini yerinə yetirəcək.