Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İran donanması Oman körfəzində neft tankerini ələ keçirdiyini təsdiqləyib
İran Hərbi Dəniz Qüvvələri məhkəmə qərarı ilə Oman körfəzi sularında neft tankerini ələ keçirdiyini təsdiqləyib.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilir ki, ələ keçirilən gəmi ABŞ ilə əlaqəlidir.
Bundan əvvəl Yunanıstanın Gəmiçilik və Ada Siyasəti Nazirliyi “St Nikolas” tankerinin ələ keçirildiyini bildirmişdi. Məlumata görə, ölkənin “Empire Navigation” şirkəti ilə əlaqəli olan gəminin heyətində yunanıstanlı kapitan və 18 filippinli dənizçi var.
Yunanıstanın “Efimerida ton Syntakton” qəzeti tankerin əvvəllər beynəlxalq sanksiyalar altında olan İran neftinin daşınması üçün istifadə edildiyini, sonralar ABŞ tərəfindən cərimələndiyini və müsadirə edildiyini yazıb.
"İran" teqi üzrə xəbərlər
- ABŞ-li senator Trampı İranın nüvə obyektlərini bombalamağa çağırdı
- Tramp İsrailin İrana zərbə endirməsinə mane olduğunu inkar etdi: "Mən onları saxlamamışam"
- İranda erkən nikahın qurbanı olan qadın öldürülüb
- Niderland səfiri İran XİN-ə çağırıldı
- Tehranda cümə imamı məcburi hicab xəbərdarlığı edərkən döyüldü