Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İran dünya çempionatında hicabını çıxaran şahmatçıdan imtina etdi - FOTO
“Almatıda keçirilən şahmatın rapid və blits növü üzrə dünya çempionatında başıaçıq çıxış edən şahmatçı Sara Xadem İslam Respublikasını təmsil etmir”.
Bu barədə İran Şahmat Federasiyasının rəhbəri Həsən Təmini bəyan edib.
Onun sözlərinə görə, Xadem Qazaxıstanda keçirilən çempionata İran federasiyasının xətti ilə deyil, özbaşına və öz hesabına gedib.
“O, ölkəmizi təmsil etmir. Amma biz bu şahmatçıdan belə hərəkət gözləmirdik, çünki o, əvvəlki turnirlərdə bütün standartlara müvafiq şəkildə iştirak edib”, - deyə Həsən Təmini bildirib.
“Reuters” öz mənbələrinə istinadla yazıb ki, şahmatçı hicabsız çıxışını davam etdirir.
“Sky News”un məlumatına görə, Almatıda keçirilən çempionatda Sara Xademdən başqa, digər iranlı şahmatçı Atusa Purkaşian da hicabsız çıxış edib.
Xadem və Purkaşian hərəkətlərinin səbəbini şərh etməyiblər. Çox güman ki, şahmatçılar İranda baş verən etirazlarla həmrəy olaraq hicablarını çıxarıblar.
Mənbə: İnform Buro
Rəylər