Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İran ordusunun Baş Qərargah rəisindən İsrailə hücum edəcəkləri vaxtla bağlı açıqlama: “Peşman edəcəyik”
İranın Baş Qərargah rəisi Məhəmməd Baqiri Dəməşqdə baş konsulluq binasına İsrail Müdafiə Qüvvələri tərəfindən endirilən zərbəyə mütləq cavab veriləcəyi ilə hədələyib.
O, bu barədə Dəməşqdə hücum zamanı öldürülən “Qüds” qüvvələrinin yüksək rütbəli zabiti Məhəmməd Rza Zahidinin İsfahanda dəfn mərasimi zamanı danışıb.
“Hücumun vaxtını, onun həyata keçirilmə şəklini və üsulunu müəyyən edəcəyik, biz onu hərtərəfli şəkildə həyata keçirəcəyik və düşməni bu əmələ görə peşman edəcəyik”, - deyə Baqiri bildirib.
“Dəməşqdə hücum İsrailin intiharı idi və bu, İsrailin məhv edilməsi prosesini sürətləndirəcək”, - deyə Baqiri əlavə edib.
O, həmçinin qeyd edib ki, Dəməşqdəki hücuma görə əsas məsuliyyət ABŞ-nin üzərinə düşür.
Mənbə: Detaly.co.il
Rəylər