Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İran prezidenti tibdə süni intellektin tətbiqini istədi: "Həkimlərə ehtiyac olmayacaq"
İran Prezidenti Məsud Pezeşkian ölkənin səhiyyə sistemində süni intellekt (Sİ) də daxil olmaqla yeni texnologiyaların tətbiqinin vacibliyini bəyan edib. Onun sözlərinə görə, Sİ imkanlarından istifadə xərcləri azaltmağa və əhaliyə göstərilən tibbi xidmətlərin sürətini və keyfiyyətini artırmağa imkan verəcək.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verir.
Bildirilir ki, Sİ-nin tətbiqi, xüsusilə ixtisaslı tibb mütəxəssislərinin kəskin çatışmazlığı müşahidə olunan İran əyalətlərində aktual ola bilər.
"Əgər bir çox sektorlarda, səhiyyə və tibbi xidmətlərdə vəzifələr süni intellektdən istifadə edilərək yerinə yetiriləcəksə, mütəxəssis çatışmazlığı olan əyalətlərdə həkimlərə ehtiyac olmayacaq", - deyə prezident vurğulayıb.
"Məsud Pezeşkian" teqi üzrə xəbərlər
- İran yeni etirazlar ərəfəsində
- İran sakinləri prezidentə müraciət etdilər: "Yoxsulluğun son mərhələsindəyik"
- İlham Əliyev Məsud Pezeşkiana təbrik məktubu göndərdi
- İran prezidenti: "ABŞ danışıqlar aparmaq istəyirsə, niyə səhvə yol verir?"
- İran Trampa GÜVƏNMİR - ABŞ ilə yeni saziş məsələsinə Tehrandan münasibət
Rəylər