İran Prezidenti Məsud Pezeşkian ölkənin ali lideri Əli Xameneiyə mümkün hücumun nəticələri barədə xəbərdarlıq edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə o, sosial mediada yazıb.
"Ölkəmizin ali liderinə edilən hücum İran xalqına qarşı tammiqyaslı müharibəyə bərabərdir", - deyə o bildirib.
Pezeşkian ölkə sakinlərinin yaşadığı çətinliklərin əsasən Qərbdən gələn düşmənçilikdən qaynaqlandığını bildirib.