Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Füceyra əmirliyində yerləşən "Emirates Integrated Telecommunications Company" şirkətinin binası İranın PUA (pilotsuz uçuş aparatı) zərbəsinə məruz qalıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə WAM agentliyi məlumat verib.
Bildirilib ki, hakimiyyət orqanları hadisənin nəticələrinin aradan qaldırılması ilə məşğuldur. Ölən və yaralananlar barədə məlumat yoxdur.