İranda “S 300” zenit-raket kompleksi sınaqdan keçirilib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, sınaq “Dəmavənd” təlimləri zamanı baş tutub.
Təlimlərdə İranın yüksək çinli zabitləri və rəsmiləri iştirak ediblər.
“Dəmavənd” təlimi “S 300” zenit-raket kompleksinin Pilotsuz Uçan Aparatları (PUA) və raketləri məhv etmək qabiliyyətini yoxlamaq məqsədi ilə keçirilib. Sınaqlar uğurla başa çatıb.
S.B.
www.oxu.az