İran rusiyalı turistlər üçün giriş prosedurlarını məhdudlaşdırıb.
Oxu.Az-ın "Azad İran" Telegram kanalına istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya Turoperatorları Assosiasiyası İranın Moskvadakı səfirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, artıq vizaları yalnız Rusiya turoperatorları ilə əməkdaşlıq edən İran turizm agentlikləri vasitəsilə əldə etmək mümkündür, müstəqil viza rəsmiləşdirilməsinə icazə verilmir.
Diplomatik missiya izah edib ki, bu tədbirlər Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə əlaqədardır və "arzuolunmaz şəxslərin" ölkəyə girişinin qarşısını almaq məqsədi daşıyır.