İran xarici işlər naziri Abbas Əraqçı və gənc həyat yoldaşı Arzu Əhmədvənd diplomatik xeyriyyə bazarında iştirak etdikdən sonra sosial mediada diqqət mərkəzinə çevriliblər.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, 63 yaşlı nazir və təxminən 30 yaşlarında olan həyat yoldaşı qadın diplomatlar assosiasiyası tərəfindən təşkil edilmiş tədbiri birlikdə ziyarət ediblər.
Arzu Əhmədvəndin ictimaiyyət arasına çıxması və belə bir tədbirdə iştirakı İran qadınlarının obrazı və rolu ilə bağlı ənənəvi təsəvvürlərə meydan oxuma kimi qəbul edilib. Bu, həmçinin gənclərin və qadınların diplomatik sahədə yüksəlişini də simvolizə edir.
Tədbirdən görüntülər sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub, bir çoxları qadınların İranın siyasi və ictimai həyatında getdikcə özlərini daha aydın şəkildə göstərdiklərini qeyd ediblər.