Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
:1200.jpg)
İran XİN: “Azərbaycanla danışıqlarda nisbi uğur əldə olunub”
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında baş tutan üç telefon danışığı iki ölkə arasında gərginliyi azaltmağa yönəlmiş müsbət hadisədir”.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani aprelin 17-də keçirdiyi ənənəvi həftəlik brifinqdə bildirib.
İranlı diplomat söyləyib ki, İran münasibətlərin idarə olunmasında siyasi-diplomatik yanaşmadan istifadə edib, nəticədə bu prosesdə nisbi uğur əldə edilib.
“Ümid edirik ki, problemlər və anlaşılmazlıqları aradan qaldırıb iki ölkə arasında mehriban qonşuluq siyasətinə əsaslanan əlaqələri təbii və faydalı prosesə çevirəcəyik”, - N.Kənani vurğulayıb.
Mənbə: Mehr
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov: "Ermənistanın ATƏT-in strukturları ilə bağlı mövqeyi sülhə maneələrdən biridir"
- Emənistanın davam edən saxtakarlığı: Dəyişməyən konstitusiya, pozulan atəşkəs
- Ceyhun Bayramov britaniyalı həmkarı ilə sülh prosesinin son durumunu müzakirə edib
- Azərbaycan XİN müsəlman ölkələrinin səfirləri üçün iftar verdi
- Son söz yenə də Azərbaycanındır: İrəvan isə tələsir