Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İran XİN-dən nüvə silahının yaradılması məsələsinə RƏSMİ CAVAB
"İran nüvə silahı hazırlamaq niyyətində deyil, çünki bu, ölkə rəhbərliyinin fundamental prinsiplərinə ziddir".
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə İran XİN-in rəsmi nümayəndəsi İsmail Bəqai bəyanat yayıb.
O, iranlı deputat Məhəmməd Qasim Osmaninin Qərb dövlətləri ilə danışıqlarda bərabərliyi təmin etmək üçün atom bombası yaratmaq təklifini şərh edib.
"İran heç bir halda nüvə silahı yaratmaq yoluna getməyəcək. Bu, Ali Lider Əli Xameneinin dini fərmanına (fətvasına) əsaslanan strategiyamızın təməl daşıdır. Əminəm ki, bu məsələdə heç bir şübhə yoxdur və ola bilməz", - deyə diplomat həftəlik brifinqdə vurğulayıb.
İran İslam Respublikasında nüvə silahının hazırlanmasına qadağa rəsmi olaraq 2003-cü ildə Xameneinin fərmanı ilə tətbiq edilib.
"İranın nüvə proqramı" teqi üzrə xəbərlər
- Tehran ABŞ ilə nüvə danışıqlarının beşinci raunduna dair təklif alıb
- İran XİN: "Nüvə dosyesi ilə bağlı ABŞ-dən heç bir təklif almamışıq"
- İran parlamentarisi: "Uranın zənginləşdirilməsindən əl çəkməyəcəyik"
- Pezeşkian: "Tramp bir tərəfdən sülhdən danışır, digər tərəfdən hədə-qorxu gəlir"
- Tramp nüvə sazişinin İrana təqdim edildiyini təsdiqləyib