Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İran XİN Haniyənin qətlinin arxasında kimin dayandığından danışdı: "Bütün sübutlar göstərir ki…"
"İranın topladığı bütün sübutlar Fələstinin HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinin arxasında İsrailin dayandığını göstərir".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani həftəlik mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, İran regionda münaqişənin genişlənməsinin əleyhinədir, lakin İsrail İsmayıl Haniyənin qətlinə görə cəzalandırılmalıdır.
"Hər şey sübut edir ki, İsmayıl Haniyənin qətlinin arxasında sionist rejimi (İsrail) dayanır. Bu qətl İsraildən başqa heç kimə sərfəli deyildi və sionist rejimin bəzi rəsmilərinin açıqlamaları da bunu təsdiqləyir", - deyə Kənani qeyd edib.
"İsmayıl Haniyəyə qarşı sui-qəsd" teqi üzrə xəbərlər
- İsrail ilk dəfə Haniyənin Tehranda öldürülməsini etiraf etdi
- Kazem Cəlali: "Əgər İsrail Müdafiə Ordusu yenə nəsə etsə, İranın cavabı daha sərt olacaq"
- İran İsraili hədələdi: "Yaxın zamanda Haniyənin qisası alınacaq"
- ABŞ HƏMAS-ın altı liderinə cinayət ittihamları irəli sürüb
- İran İsrailə niyə hücum etmədi?
Rəylər