İran “yer-yer” tipli yeni raketini sınaqdan keçirib.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, bu raket 500 km-ə qədər olan məsafədə hədəfləri yüksək dəqiqliklə məhv edə bilər.
İran höküməti əmindir ki, yeni raketlər sülh və səmərəli danışıqların təminatıdır.
İran Müdafiə nazirliyindən bildiriblər ki, yeni raketin adı Fateh 313-dür.