Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İranda Azərbaycan səfirliyinə hücum edən şəxsin məhkəməsi başlayır - FOTO
Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücumda təqsirləndirilən şəxslərə qarşı məhkəmə istintaqının bir hissəsi başa çatıb və onlara ittiham aktı elan edilib.
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu barədə Tehranın Ümumi və İnqilab Məhkəməsinin prokuroru Əli Salehi bildirib.
O, qeyd edib ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin ittihamı ilə bağlı proses kifayət qədər operativ və dəqiqliklə aparılıb.
Xatırladaq ki, 2023-cü il yanvarın 27-də “Kalaşnikovla” silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri isə yaralayıb.
"İran" teqi üzrə xəbərlər
- Məsud Pezeşkian İrandakı təhsil haqqında: "Xalqla danışmağa cəsarət etmirəm"
- İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı
- "Haber Global": İranı kimlər hədəfə çevirdilər?
- İran Suriya üzrə xüsusi nümayəndə təyin edib
- İranın paytaxtının köçürülməsi 37 milyard dollara başa gələ bilər
Rəylər