İranda İnsan Haqları Təşkilatı xəbər verir ki, ötən gün Xoy və Şiraz şəhər zindanlarında saxlanılan iki məhbus dar ağacından asılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, Şirazın Adilabad həbsxanasında edam edilən məhbus narkotik maddələrin qanunsuz dövriyyəsində, Güney Azərbaycanın Xoy şəhər zindanında edam olunan şəxs isə qəsdən adam öldürməkdə ittiham edilib.
Xatırladaq ki, bir neçə gün öncə də Xürrəmabad və Zahidan şəhərlərinin mərkəzi zindanlarında üç məhbus dar ağacından asılmışdı.
Rəylər