Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
 (1):1200.jpg)
İranda dörd məhkum edam edildi - FOTO
İranda İmambəxş Naruyi, Mohsen Anşini və Vəli Rudini adlı etnik bəluclar Zahidan zindanında dar ağacından asılıblar.
“Azad İran” “Telegram” kanalı İran İnsan Haqları Təşkilatının verdiyi məlumata istinadən xəbər verir ki, bununla yanaşı, Şiraz şəhərinin Adilabad zindanında da hələlik kimliyi dəqiqləşdirilə bilməyən daha bir məhkum edam olunub.
Narkotik maddələrin alverinə görə edam cəzasına məhkum edildikləri iddia olunan şəxslərin öldürülməsi barədə İran Məhkəmə Sistemi və dövlət mediası hər hansı məlumat verməyib.
Bir müddət öncə İran İnsan Haqları Təşkilatının yaydığı hesabata görə, 10 oktyabr 2021-7 oktyabr 2022-ci il tarixlərində İranda 528 nəfər edam edilib və bu rəqəm öncəki illə müqayisədə edam sayının 98 faiz artdığını göstərir.
10 oktyabr Ümumdünya Ölüm Cəzasına Qarşı Mübarizə Günündə yayılan hesabatda İran zindanlarında minlərlə məhkumun edam cəzalarının icrasını gözlədiyi qeyd olunub.
"İran" teqi üzrə xəbərlər
- İran prezidenti insanların ölkədən qaçmasına etiraz etdi: "Qalmalı və çətinliklərə dözməlisiniz"
- ABŞ İranla əlaqəli şəxslərə və şirkətlərə sanksiyalar tətbiq etdi
- Ukrayna tərəfindən zərərsizləşdirilən İran dronu ABŞ-də nümayiş etdiriləcək
- İranın parlament sədri: "Azərbaycanla ticarət dövriyyəsinin həcmini 5 milyard dollara çatdırmalıyıq"
- Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası başa çatıb