İranın Gərmsar sənaye şəhərciyində dünən baş verən üç partlayışdan 16 saatdan çox vaxt keçməsinə baxmayaraq, yanğının qarşısı hələ də alınmayıb.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə şəhərin meri Rza Xani bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində yaralananların sayı 25 nəfərə çatıb.
Məlumata görə, yanğının nəzarətə alınması yolunda işlər davam edir.
Qeyd edək ki, İranın Gərmsar şəhərinin Qızıl Aypara Təşkilatının rəhbəri Həmid Məcidi ərazidə 12 neft anbarının partlaması ehtimalının olduğunu bildirib.
İranın Gərmsar sənaye şəhərciyində dünən baş verən üç partlayışdan 16 saatdan çox vaxt keçməsinə baxmayaraq, yanğının qarşısı hələ də alınmayıb.
Rəylər