2025-ci ilin əvvəlindən bu vaxta qədər İran həbsxanalarında 381 nəfər edam edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
Qeyd olunur ki, ötən aprel ayında ölkə zindanlarında ən azı 110 nəfər dar ağacından asılıb.
Məlumata görə, ilin ilk dörd ayı ərzində 11-i qadın olmaqla azı 343 nəfərin ölüm hökmü həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk dörd ayında edam göstəricisi 75% artıb.
2024-cü ildə bu rəqəm 195 nəfər olub. Ölümə məhkum edilmiş və edamını gözləyən məhbusların sayının 5 min olduğu təxmin edilir.