İranda 18 il əvvəl törətdiyi qətlə görə edam cəzası verilən məhbus, qurbanın ailəsinin onu bağışladığını və beləliklə də, ən ağır cəzadan qurtulduğunu öyrəndikdən sonra infarkt keçirərək dünyasını dəyişib.
Hadisə Bəndər Abbas şəhərində yaşanıb.
Soyadı açıqlanmayan 55 yaşlı Əkbər adlı məhbus xəstəxanaya çatdırılsa da, bütün səylərə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, İran qanunlarına görə, qətl törətməkdə təqsirli bilindikdən sonra edama məhkum edilən məhbuslar, qurbanın yaxınları tərəfindən əfv edilərsə, qan pulu ödəməli və həbs cəzalarını tamamlamalıdırlar.
Mənbə: TRT