İranın qərbində yerləşən Xürrəmabad şəhərində futbol meydançasının çəmənini qurutmaq üçün Qızıl Aypara Cəmiyyətinin helikopterindən istifadə edilib.
"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən məlumat yayıb.
Hadisə, xüsusən, sosial şəbəkələrdə geniş müzakirə və etiraza səbəb olub.
İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri hadisə ilə əlaqədar olaraq təşkilatın üç direktorunun işdən çıxarıldığını açıqlayıb.