Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İranda hicaba görə polis tərəfindən güllələnən Arzu Bədri iflic vəziyyətdə qalıb
"İranda polisin açdığı atəş nəticəsində yaralanan ərdəbilli Arzu Bədrinin onurğa sütunu ciddi zədələnib".
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə tanınmış iranlı jurnalist və qadın hüquqları fəalı Məsih Əlinejad özünün sosial şəbəkə hesabından xəbər verib.
O, 30 yaşlı gənc qadının, böyük ehtimalla, gəzə bilməyəcəyini vurğulayıb.
"Arzu xəstəxanadadır, təkcə iflic olması xəbəri ilə deyil, həm də ailəsinin susmasını tələb edən İran hökumətinin təzyiqi ilə üzləşib. Bu hücum sadəcə bir qadına qarşı deyil, məcburi hicab geyinməsi və bir neçə tük üzündən onu təqib edən İslam Respublikasının siyasətinin bir hissəsidir", - deyə jurnalist qeyd edib.
"İran" teqi üzrə xəbərlər
- İran prezidentinin istefası kimə lazımdır?
- İtalyan jurnalistin İranda həbs edilməsi ilə bağlı bəzi detallar məlum olub
- İranın müdafiə naziri: "ABŞ və İsrail Suriyadan sonra növbədə Yəmən və İranın olduğu mesajını verir"
- "Haber Global"da İranın Suriya üçün hazırladığı planlar müzakirə edilib
- İranda Cənubi Azərbaycan futbol komandasının azarkeşləri hücuma məruz qalıblar
Rəylər