İranda həkim, tərcüməçi və mədəni fəal olan Dr. Fərhad Meysəmi ötən ilin oktyabr ayından bu günədək aclıq aksiyası keçirir.
Məlumata görə, onun günahı yalnız İranda edamların dayandırılmasını və bəzi məhbusların azad edilməsini tələb etməsidir.
Həkimin sosial şəbəkələrdə yayılan son görüntüləri isə dəhşət saçır. Molla rejimi öz vətəndaşları belə olsa hakimiyyətə qarşı çıxanları göz görə-görə məhv edir.