İranın Məlayer şəhərində məktəbdə partlayış olub.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, partlayış nəticəsində məktəbin xidmətçisi xəsarət alıb.
İlkin məlumata görə, partlayışa səbəb qaz sızması olub. Yaralı yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.