İranın Sistan və Bəlucistan əyalətində yol kənarına yerləşdirilmiş minanın partlaması nəticəsində polis rəisinin müavini Nüsrət Eftixari həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, hadisə Zahidan şəhərinin Çeşme-Ziyarat bölgəsində baş verib.
Qaynar xətt:
(055) 224 12 12