Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İranda qadın siyasi fəalın məhkəməsi hicaba görə keçirilmədi - FOTO
İranda qadın siyasi fəalın açıq məhkəməsi məcburi hicab tələbindən imtina etdiyi üçün keçirilməyib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, məhkəmədə tədqiqatçı-jurnalist Əminə Səadət Zəbihpurun digər qadın siyasi fəal və məhbus Sepide Qelyana qarşı şikayətinə baxılmalı idi. Məhkəmənin uzun müddət onu gözləməsinə baxmayaraq, siyasi məhbus məcburi hicab qanunlarına tabe olmağa razı olmayıb, buna görə də hakim qarşısına çıxarılmayıb.
Xatırladaq ki, Sepide Qelyan “İran rəhbərini təhqir etmək və kiberməkanda yalan məlumatlar yaymaq” ittihamı ilə 2 il həbs cəzasına məhkum edilib.
Rəylər