Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İranda sünni din xadimi saxlanılıb: Naməlum yerə aparılıb
İranda sünni din xadimi Əbdülbəsir Şahuzehi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-nə istinadən xəbər verib.
Belə ki, İranın Sistan və Bəlucistan əyalətinin Delqan şəhərinin cümə imamı Əbdülbəsir Şahuzehi şəhər məhkəməsinə çağırıldıqdan sonra, təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və naməlum yerə aparılıb.
Hazırda sünni din xadiminin hansı səbəbdən çağırılması və həbsinin səbəbləri bəlli deyil. Bununla belə, son aylarda Sistan və Bəlucistan əyalətindən olan bir neçə sünni din xadimi təhlükəsizlik orqanlarına çağırıldıqdan sonra həbs edilib və müxtəlif məhdudiyyətlərlə üzləşib.
"İran" teqi üzrə xəbərlər
- İranda neft emalı zavoduna ildırım düşüb, yanğın baş verib
- İranda İlaxır çərşənbədə beş mindən çox adam xəsarət alıb, ölənlər var
- İranda əxlaq polisi tarixə qovuşacaq
- Avtomobildə yemək bişirən iranlı bloqer məhkəməyə çağırılıb
- İranın husilərə hərbi yardım göstərməsi ilə bağlı yeni məqamlar üzə çıxıb