Tehran uranın zənginləşdirilməsi proqramının təhlükəsizliyini minimuma endirib.
Oxu.Az BBC News-a istinadən xəbər verir ki, bu fikrə MAQATE nümayəndələri gəlib.
Nazirliyin məlumatına görə, İran Natanz və Fordo nüvə obyektlərində kaskadın elektrik enerjisinin verilməsini kəsərək, 20%-lik uranın zənginləşdirilməsini dayandırıb. Buna cavab olaraq Qərb İranın xarici aktivlərinə girişi aradan qaldırmağı söz verib. Yaxın günlərdə ABŞ və Aİ ölkələri İran pullarının 100 milyard dollarından 2,8 milyardı dövriyyəyə buraxılacaq. Avropa İttifaqı hakimiyyəti bəyan edib ki, onlar yarım il müddətinə Tehrana qarşı sanksiyaları dayandıracaqlar. Əsasən də neft və bank işi sahəsində.
İslam respublikası və “altılıq” (ABŞ, Çin, Böyük Britaniya, Rusiya, Fransa, Almaniya) ölkələri arasında 2013-cü ilin 24 noyabrında bağlanmış saziş Tehranın nüvə layihələrinin altı aylıq “dayandırmağı”, uranın 20%-lik zənginləşdirilmiş ehtiyatlarının ləğv edilməsi və Arakdə reaktorun tikintisinin dayandırılmasını nəzərdə tutur.
Ötən həftə Vyanada İran və “altılıq” ölkələri İran nüvə proqramı üzrə danışıqların daha dörd ay müddətinə artırılması barədə razılığa gəliblər. ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib ki, görüşün nəticəsində “əsas məsələlər üzrə irəliləyiş əldə olunub”, amma yenə də vacib məsələlər üzrə müəyyən təzadlar mövcuddur.
İran və “altılıq” ölkələri arasında danışıqlar sentyabr ayında bərpa ediləcək. Onların noyabr ayının 24-nə qədər çəkəcəyi gözlənilir.
2013-cü ilin noyabr ayının 24-də Cenevrədə İran və “altılıq” ölkələri arasında keçirilən danışıqlarda Tehranın altı ay müddətində uranı zənginləşdirmək hüququnun məhdudlaşacağı gözlənilirdi. Əvvəlki on il müddətində aparılan danışıqlarda nəticə əldə edilməyib.
İran həmişə iddia edib ki, onun nüvə proqramı tamamən sülh xarakteri daşıyır. O zaman bir çox qərb ölkələri Tehranın nüvə silahı hazırladığı barədə fikir irəli sürmüşdülər.