Qəzvin-Tehran magistralında yanacaqdaşıyan TIR qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
Hadisə nəticəsində üç nəfər ölüb, altı nəfər yaralanıb.
Bu haqda Qəzvin Təcili Yardım Stansiyasının rəhbəri bildirib.
Qeyd olunub ki, Qəzvin-Tehran şosesində yanacaqdaşıyan avtomobilin qəzaya uğramasından sonra yük maşını, "Pride" markalı minik avtomobili və mikroavtobus da yanacaqdaşıyan maşınla toqquşub.