İran hakimiyyəti, çoxsaylı hüquq mühafizəçilərinin ölüm hökmünün ləğv edilməsinə dair çağırışlarına baxmayaraq, 26 yaşlı Reyhanə Cabbari yə kəsilən ölüm hökmü qərarını yerinə yetirdilər.
Oxu.Az xəbər verir ki, Cabbarinin anasının sözlərinə görə, hökm Tehran həbsxanalarının birində həyata keçirilib.
Qadını, 2007-ci ildə İran kəşfiyyat nazirliyinin keçmiş əməkdaşını öldürdüyü üçün mühakimə ediblər. Qadının sözlərinə görə həmin şəxs onu zorlamaq istəyib.
Hüquq-mühafizə təşkilatı Amnesty International İran hakimiyyətini hökmü ləğv etməyə çağırıb, hüquq-mühafizəçilərinin sözlərinə görə hökm ciddi qayda pozuntualrının yol verildiyi istintaq nəticəsində verilib. İstintaq ciddi qayda pozuntuları ilə keçirilib.
Edamın ləğv edilməsinə dair çağırışlar sosial şəbəkələrdə həm İranda, eləcə də ölkə hüdudlarından kənarda yayılıb.