İranın birinci vitse-prezidenti Mohammad Moxber zəlzələdən zərər çəkmiş rayonlarda və Xoy şəhərində olub.
Bu barədə sosial şəbəkələrin İran seqmentində foto paylaşılıb.
O, şəhəri görüb xarabalıqlarla üz-üzə qaldıqdan sonra deməyə söz tapa bilməyib.
“Əyalət rəhbərliyi vəziyyətin yaxşı olduğunu demişdi, biz də elə olduğunu düşünürdük!” - deyə Moxber bildirib.

Xatırladaq ki, sakinlərinin əksəriyyəti azərbaycanlılar olan Xoy şəhərində ötən ay baş verən zəlzələdən sonra insanlar köməksiz vəziyyətdə qalıblar. İran hökuməti onları yemək, su, çadırla təmin etmir.