Hörmüz boğazında yerləşən Qeşm adasının sahilləri yaxınlığında partlayış səsləri eşidilib.
Oxu.Az xəbər verir ki, bu barədə İranın rəsmi IRNA xəbər agentliyi məlumat yayıb.
"Bir neçə dəqiqə əvvəl Qeşm adasında dəniz istiqamətindən iki partlayış səsi eşidilib", - deyə məlumatda bildirilir.
Son həftələrdə rəsmi Tehran ABŞ ordusunun İran ərazisindəki hədəflərə endirdiyi zərbələrə cavab olaraq strateji su yolundan keçən neft tankerlərini, həmçinin körfəz ölkələrindəki ABŞ bazalarını hədəfə alıb.
ABŞ də İran limanlarına tətbiq etdiyi əks-blokadanı yarmağa çalışan gəmilərə zərbələr endirib.