Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İranın Təhlükəsizlik Şurasının katibi Rusiyaya səfər edib
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian rusiyalı həmkarının dəvəti ilə Moskvaya gedib.
Bu barədə İranın Moskvadakı səfirliyindən məlumat verilib.
“İranın Ali Rəhbərinin nümayəndəsi, ölkəmizin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian çərşənbə axşamı axşam saatlarında nümayəndə heyəti ilə Moskvanın Vnukovo hava limanına gəlib”, - məlumatda bildirilir.
Qeyd olunur ki, səfər Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin təşəbbüsü ilə təşkil olunub.
Yanvarın 23-də Rusiyanın müdafiə naziri Sergey Lavrov və iranlı həmkarı Hüseyn Əmir Abdullahian Qəzza və Qırmızı dənizdəki vəziyyəti müzakirə ediblər.
Mənbə: “RİA Novosti” “Telegram” kanalı
"İran" teqi üzrə xəbərlər
- İrandan ölkə valyutası ilə bağlı qərar: Əsginaslardan dörd sıfır silinəcək
- İranda dəhşətli qəza: Sərnişinlərlə dolu avtobus dərəyə aşdı
- İranın 20-yə yaxın əyalətinə əfqanların girişi qadağan edildi
- Baş Prokurorluq Omanda həbs edilən İran vətəndaşı ilə bağlı məlumat yaydı
- "TRT Farsca" İranı təşvişə salıb
Rəylər