Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İranın təhsil naziri: “Bir əlində Quran, digər əlində silah olan şagird uğur qazanır” - FOTO
İranın təhsil naziri Rza Murad Səhrayi bir əlində Quran, digər əlində silah olan şagirdin uğur qazandığını bildirib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
“Bütün inqilabi məqsədlər “Bəsici” qüvvələrində və bütün sahələrdə aktivdir. “Bəsici” şagirdlərin bir əlində Quran, digər əlində silah tutması liderlik baxımından uğurlu olar”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, İranda şagirdlər “Bəsici” (Xomeyni tərəfindən 1979-cu ilin noyabr ayında İranda yaradılmış yarıhərbi könüllülər təşkilatıdır) ruhu ilə tərbiyə olunur.
“İran rəhbəri (Xamenei) açıqlamalarında bildirib ki, “Bəsici”lər millətin böyük məqsədləri yolunda ölkə gəncləri üçün çalışmağa hazır olan şəxslərdir, ona görə də xalqın xoşbəxtliyi üçün toplanmış qrupdur”, - deyə təhsil naziri əlavə edib.
"İran" teqi üzrə xəbərlər
- Məsud Pezeşkian İrandakı təhsil haqqında: "Xalqla danışmağa cəsarət etmirəm"
- İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı
- "Haber Global": İranı kimlər hədəfə çevirdilər?
- İran Suriya üzrə xüsusi nümayəndə təyin edib
- İranın paytaxtının köçürülməsi 37 milyard dollara başa gələ bilər
Rəylər