İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif erməni həmkarı Edvard Nalbandyanın dəvəti ilə bu gün iki günlük səfərlə Ermənistana gəlir.
Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, Zərifi Ermənistan prezidenti Serj Sarkisyan qəbul edəcək.
Zərifin həmçinin Ermənistan parlamentinin spikeri və baş naziri ilə görüşü də planlaşdırılıb.
Yanvarın 27-də xarici işlər nazirləri arasında danışıqlardan sonra birgə mətbuat konfransı keçiriləcək.