İranlı gənc üçqat edam hökmünə məhkum edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, üçqat edam qərarı Cavad Ruhi adlı iranlı gəncin rəqs edib qadın baş örtüyünü tonqala ataraq yandırdığına görə verilib.
Qeyd edək ki, üçqat edam hökmü o deməkdir ki, bir şəxs iki və ya üç cinayət törətmiş olsa və tutduğu cinayətlərdən birində bəraət qazanarsa və ya əfv olunarsa, yerdə qalan cinayətlərə görə yenə də edam olunmalıdır.