İranın Ərak şəhərində qətldə şübhəli bilinən və zaminə buraxılan şəxs onun həbsi ilə əlaqəli olan altı nəfəri öldürüb.
Oxu.Az-ın BBC-yə istinadən məlumatına görə, qatil əvvəlcə onu həbs edən polisin evinə gələrək hüquq-mühafizə orqanının işçisini, həmçinin onun anasını, bacısını və qardaşını güllələyib.
Sonra o qətlində ittiham edildiyi şəxsin evinə gələrək mərhumun valideynlərini öldürüb.
Hazırda polis cinayətkarı axtarır.
S.B.
www.oxu.az