Ermənistanın paytaxtı İrəvanda Rusiya ilə sazişin əleyhinə etiraz aksiyası keçirilir.
Oxu.Az AZE.az-a istinadən xəbər verir ki, minə yaxın nümayişçi erməni-rus qaz müqavilələrinin təsdiqinin əleyhinə olaraq, erməni parlamentinin qarşısında toplaşıblar.
Ermənistan vətəndaşları dövlətin maraqlarına zidd olan alçaldıcı müqavilələri təsdiqləməməyə səsləyirlər.
Parlamentdə sənədin təsdiqlənməsi barədə xəbər etirazçılar tərəfindən “Satqınlar!”, “Fahişələr!”, “Putinkalar!” şüarları ilə qarşılanıb. Etiraz aksiyası çoxlu sayda polis qüvvələrinin nəzarəti altında davam edir.