Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İrəvanda DİN-in qarşısında etiraz aksiyası keçirilir
İrəvanda "Vətən naminə Tavuş" etiraz hərəkatının iştirakçıları Daxili İşlər Nazirliyinin (DİN) binasının qarşısında aksiya keçirirlər
Məlumata görə, onlar dünən "Sardarapat" memorialında ruhani nümayəndələrinin iştirakı ilə baş vermiş insidentə aydınlıq gətirməyi tələb edirlər.
Aksiyaya başçılıq edən erməni arxiyepiskop Baqrat Qalstanyan daxili işlər naziri Vahe Kazaryana müraciət edərək Sardarapatda polisin dünənki hərəkətlərinə aydınlıq gətirməsini istəyir.
Nazir etirazçıların yanına enməyib. Mətbuat katibinin sözlərinə görə, hazırda o, görüşlər keçirir. Daxili təhlükəsizlik idarəsinin rəisi Vaqinak Martirosyan Daxili İşlər Nazirliyinin mərkəzi aparatına toplaşanların qarşısına çıxaraq bildirib ki, ondan artıq rəsmi araşdırma və cinayət işi var. Tələb polislərin hədəfə çevrilməməsidir, intizam pozuntusuna yol verənlərin hamısı cəzalandırılacaq.
Qeyd edək ki, dünən polis Eçmiədzin kilsəsinin və ümumerməni katolikosu II Qareginin "Sardarapat" memorial kompleksinə daxil olmasına mane olub. Buna səbəb kimi Paşinyan və hökumət nümayəndə heyətinin ora getməsi göstərilir.
Mənbə: Sputnik Ermənistan
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"
- Ermənistanın siyasi mühitində xaos: Hakim partiyada qorxu mühiti